Aprelin 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru, dosent Vurğun Məmmədov filialda fəaliyyət göstərən Debat klubunun üzvləri ilə görüşüb. Görüşdə filialın Karyera Mərkəzinin müdiri Xuraman Həmidova, Şəki Regional Debat Mərkəzinin (ŞRDM) sədri Aysel Sadıqlı, filialın Debat klubunun sədri Əfsanə Əbdürəhimova və klubun üzvləri iştirak ediblər.
Görüşdə Debat klubunun işi, həyata keçirilən tədbirlərdən bəhs olunub.
Filialın Karyera Mərkəzinin müdiri Xuraman Həmidova və Şəki Regional Debat Mərkəzinin (ŞRDM) sədri Aysel Sadıqlı çıxış edərək, klubun fəaliyyəti və gələcək planları ilə bağlı öz təkliflərini irəli sürüblər. Klubun sədri Əfsanə Əbdürəhimova isə Debat klubunun yaz semestri üçün nəzərdə tutulan fəaliyyət planını diqqətə çatdırıb.
Direktor, dos. Vurğun Məmmədov debatçılara öz tövsiyələrini verib, klubun tələbələrin nitq mədəniyyətinə yiyələnmələrində, dünyagörüşlərinin genişlənməsində əhəmiyyətli rolunu vurğulayıb və onlara gələcək işlərində uğurlar arzulayıb.