Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfindən icra olunan “Technest” milli təqaüd proqramı haqqında maarifləndirici tədbir keçirilib.
Filialın Karyera Mərkəzi və “DİV Academy” MMC-nin təşkilatçılığı ilə keçirilən tədbirdə tədris mərkəzinin təsisçisi Eldar Əhmədzadə, direktoru Aygün Mirzəliyeva, karyera məsləhətçisi Murad Ağazadə, tələbə koordinatoru Nəzrin Hüseynova, marketinq mütəxəssisi Orxan Abbasov tələbələrə “Technest” təqaüd proqramı haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, “Technest” təqaüd proqramı informasiya və kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramı olub, həyata keçirilməsində əsas məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək, əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.
Qeyd edək ki, layihə çərçivəsində təqaüd proqramına seçilən gənclərə İKT-nin müxtəlif sahələri üzrə müəyyən tədris proqramlarından ödənişsiz yararlanmaq imkanı yaradılacaq.