Previous Next

ADPU-da “Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” mövzusunda mühazirə təşkil olunub

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Tarix və coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zakir Kərimovun “Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” mövzusunda mühazirəsi təşkil olunub. Mühazirədə Azərbaycan tarixi, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedralarının professor-müəllim heyəti, “tarix müəllimliyi” ixtisasının 2101B və 2102B qrupunun tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova mövzunun aktuallığından, indiki Ermənistan adlanan ərazidə mərhələ-mərhələ Azərbaycan torpaqlarından qoparılaraq qondarma Ermənistan Respublikasının yaradılmasından, Azərbaycan türklərinin bu ərazidəki izlərinin tarixdən silinməsi üçün məqsədli addımlar atılmasından danışıb. 
Zakir Kərimov mühazirədə erkən orta əsrlər dövründən başlayaraq bu günədək Qərbi Azərbaycan ərazisinin tarixi-siyasi coğrafiyasından, əhalisindən və sərhədlərindən bəhs edib. Mühazirəçi qeyd edib ki, Ermənistan təkcə Azərbaycanın torpaqlarına deyil, eyni zamanda onun tarixinə, toponimlərinə təcavüz edib. 
Müzakirələrlə davam edən tədbirdə iştirakçılar ermənilər tərəfindən yayılan saxta informasiyalara cavab verilməsi üçün bu cür mühazirələrin silsilə şəklində keçirilməsinin vacibliyi və əhəmiyyətini vurğulayıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search