Previous Next

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

Aprelin 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev dərsləri”nin  növbəti  məşğələsi keçirilib. 
Universitetin Heydər Əliyev Mərkəzində baş tutan məşğələdə Tarix və coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisasının COG 2303 və COG 2304 qruplarının tələbələri iştirak ediblər.  
Dərsin əvvəlində onlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu haqqında məruzəni dinləyiblər. Məruzədə qeyd edilib ki, Heydər Əliyev fitri istedadı və gərgin əməyi sayəsində istər təhsil illərində, istərsə də dövlət və partiya orqanlarında çalışdığı zaman ən yüksək nailiyyətlər qazana bilib. Ulu Öndər 1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edib, onun hərtərəfli inkişafını təmin edərək Sovet İttifaqının 15 respublikası arasında qabaqcıl mövqelərə çıxarıb. Müstəsna keyfiyyətlərinə görə Heydər Əliyev 1982-ci ildə SSRİ-nin ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksəlib. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider qısa müddətdə ölkədə tüğyan edən xaos və anarxiyanın, etnik separatizm təzahürlərinin qarşısını alıb, hakimiyyəti silahlı yolla devirmək praktikasına birdəfəlik son qoyub. Beləliklə, Azərbaycan yenicə qazandığı  müstəqilliyini itirmək təhlükəsindən qurtulub, həyata keçirilən kompleks islahatlar sayəsində davamlı sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub. Təsadüfi deyil ki, 1969-2003-cü illər arasındakı zaman kəsiyi  haqlı olaraq “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlandırılır.
Məruzədən sonra mütəxəssis Tərlan Ağayev dərsin iştirakçılarını mərkəzdə nümayiş olunan fotolar, arxiv sənədlərinin surətləri və digər eksponatlarla tanış edib, onlara Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə  məlumat verib. Tələbələr Ulu Öndərə həsr edilmiş sənədli filmə maraqla tamaşa ediblər. 
İştirakçıların fəallığı ilə keçən  dərs sual-cavab və qarşılıqlı müzakirələrlə başa çatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search