Previous Next

ADPU-da intellektual yarış: Həmrəy olaq, bir olaq, bu dünyanı qoruyaq

Aprelin 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə mərkəzin Məntiqi riyaziyyat dərnəyinin üzvləri arasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Həmrəy olaq, bir olaq, bu dünyanı qoruyaq” adlı intellektual yarış keçirilib. Yarışın keçirilməsində məqsəd şagirdlərdə yaşıl dünya üçün həmrəylik təfəkkürünün inkişafına dəstək vermək, ölkəmizdə baş tutacaq COP29 konfransı barədə məlumat vermək və məktəbli-universitet əlaqələrini inkişaf etdirməkdir. Yarışdan öncə ADPU-nun sosial və humanitar məsələlər  üzrə prorektoru, professor Fikrət Rzayev şagirdlərlə görüşüb, universitet haqqında onlara məlumat verib. Yarışda münsiflər heyəti kimi Riyaziyyat fakültəsinin 4 müəllimi iştirak edib. İntellektual yarışda, ümumilikdə, dərnəyin 44 şagirdi, 7 komanda şəklində yarışıblar. Sonda iştirakçı şagirdlər təşəkkürnamə, I, II və III yerə sahib olan komandaların üzvləri isə diplomla təltif olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search