Previous Next

ADPU-nun rektoru Şamaxı filialının kollektivi ilə görüşüb

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Şamaxı filialının kollektivi ilə görüşüb. Rektor rəhbərlik və professor-müəllim heyəti ilə söhbət edib, auditoriyalarda olaraq tələbələrin bilik səviyyələri ilə maraqlanıb. O, həmçinin kollektivin təklif və iradlarını dinləyib.
Görüş zamanı həm də, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı ilə təltif olunmuş bir qrup əməkdaşa medallar təqdim olunub.
Belə ki, filialın direktoru, dosent Tünzalə Yusifova, Pedaqoji fakültənin dekanı Qahirə Şahbazova, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d Eyvaz Eminaliyev, Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri Firidə Mustafayeva, kafedranın baş müəllimi, filialın Həmkarlar İttifaqı Komitəsinin sədri Çingiz Dadaşov və Sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova yubiley medalı ilə təltif olunublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search