Previous Next

Pedaqoji Kollecin müəllim və tələbələri ADPU-da olub

Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) öz tələbə-müəllim heyəti ilə ADPU-nun qonağı olub. 
Tədris departamentinin direktoru, dosent Sənan Əliyev və Elmi-təşkilati şöbənin müdiri, professor İbrahim Bayramov ADPK-nın heyəti və tələbələrlə görüşdükdən sonra, Kimya və biologiya fakültəsində qonaqlar üçün elmi seminar təşkil olunub. Seminarda Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova, Kimya və biologiya fakültəsinin dekanı, dos. Reyhan Ağayeva qonaqları salamlayıb, ADPU-nun və fakültənin keçmişi və bu günü , "Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı icra olunan layihələr, keçirilən tədbirlər haqqında qonaqlara məlumat veriblər. 
Daha sonra fakültənin dekan müavini, dos. Bəsti Əsədova, müəllim Zəminə Məlikova, eləcə də Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Həcər Hüseynova müxtəlif mövzularda təqdimatlarla çıxışlar ediblər. 
Seminarda, həmçinin fakültənin dekan müavini, dos. Kərim Quliyev, ADPK-nın İnklüziv təhsil şöbəsinin müdiri Aygün Quliyeva, Məktəbəqədər təhsil şöbəsinin müdiri Mətanət İsmayılova, Tədris şöbəsinin tütoru Aidə Səttərova da təəssüratlarını bölüşüblər. 
Seminardan sonra şöbə müdiri Könül Əsgərovanın müşayəti ilə qonaqlar universitetin iş fəaliyyəti, Heydər Əliyev Mərkəzi, elektron kitabxana və zooloji muzeylə tanış olub, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafefrasının müəllimi Könül Əliyevanın hazırladığı maraqlı kimyəvi təcrübələri izləyiblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search