2023-2024-cü tədris ilində Pedaqoji Universitetin bakalavr proqramlarından məzun olması proqnozlaşdırılan 2317 tələbədən 656 nəfəri (28,3 %) cari il üçün magistraturaya qəbul imtahanlarında iştirak edib ki, onlardan 622 nəfəri (26,8 %) müvafiq keçid balından yüksək nəticə göstərərək magistraturaya ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, ötən il analoji rəqəm 385 nəfər olub.
Eyni zamanda, cari ildə ADPU-nun 51 nəfər sonuncu tədris ili tələbəsi xarici ölkələrin ali təhsil müəssisələrinin magistraturalarına sənəd təqdim ediblər.
Bütün tələbələrimizi təbrik edir, onlara gələcək təhsillərində uğur arzulayırıq.