Previous Next

ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin yeni xanım sədri Səidə Abdulova

Bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə  Birliyinin (ADPU TKTB) sədrliyinə keçirilən seçkilərdə Səidə Abulova təşkilata yeni sədr seçilib.
Səidə Abulova 8 iyun 2004-cü ildə İsmayıllı rayonunda doğulub. 2021-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasına qəbul olunub. 2022-ci ildən təhsilini SABAH qruplarında davam etdirir. Hazırda III tədris ilinin tələbəsidir.
İlk dəfə I kursda oxuyarkən ADPU Könüllüləri Təşkilatında menecer kimi ictimai fəaliyyətə başlayan  Səidə qısa müddətdə aktiv fəaliyyəti ilə fərqlənərək təşkilatda fakültə rəhbərinin müavini vəzifəsini tutub.
2022-ci ildən ADPU Təhsil Könüllüləri Tələbə Birliyində mətbuat katibi, 2023-cü ildən isə təşkilatın sədr köməkçisi vəzifəsində fəaliyyət göstərib.
2024-cü ilin 24 mayında keçirilən Hesebat-seçki yığıncağında ADPU TKTB-yə yeni sədr seçilib. 
Xatırladaq ki, təşkilatın bundan əvvəlki 4 sədrindən 3-ü də xanım tələbələr olub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search