Previous Next

ADPU-da “Milli ideya və müasir fəlsəfənin inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilib

İyunun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu ilə birgə “Milli ideya və müasir fəlsəfənin inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masanı açan moderator, ADPU-nun  Fəlsəfə  və sosial  elmlər  kafedrasının müdiri,  professor Rafail Əhmədli qeyd edib ki, dəyirmi masa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi “Mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə ol¬malıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.” – fikirlərinə əsasən müzakirələrin aparılması və bu istiqamətdə perspektiv fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədi ilə keçirilir.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov bildirib ki, milli ideologiyanın yeni dövrün tələblərinə uyğunlaşdırılması və bu prosesdə elmi-pedaqoji ictimaiyyətin iştirak etməsi olduqca vacib məsələdir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru  prof. İlham Məmmədzadə isə çıxışında milli ideya və milli ideolohiya, şüur, özünüdərk, eləcə də milli siyasət və fəlsəfə tarixi kimi anlayışlara yenidən baxılmalı, bu istiqamətdə ölkə rəhbərliyinin tövsiyələrini nəzərə alaraq, o cümlədən dəyişən dünyanın tələbləri çərçivəsində fundamental tətqiqatlar aparılmalı və daha təkmil forma yaradılmalıdır.
Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə  müdiri prof.  Fizuli Qurbanov və prof. Rəna  Mirzəzadə, eləcə də ADPU-nun  Fəlsəfə  və sosial  elmlər  kafedrasının professoru  Əyyub Kərimov və dosentləri  Paşa  Quluzadə və Elşən Bayramzadə mövzu ətrafında çıxış edib, səslənən fikirlər ətrafında müzakirələr aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search