Previous Next

ADPU TGT sədri Çiçək Sultanlını yaxından tanıyaq

Pedaqoji Universitetin Tələbə Gənclər Təşkilatına yeni sədr seçilən Çiçək Maarif qızı Sultanlı 19 may 2004-cü ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Binə qəsəbəsi, Elçin Şəmiyev adına 149 nömrəli məktəbi fərqlənmə ilə bitirib. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. Hazırda III tədris ilinin tələbəsidir.
Universitetdə ADPU TGT-də menecer olaraq ictimai fəaliyyətə başlayan Çiçək 2023-ci ilin mart-oktyabr aylarında Riyaziyyat fakültəsi üzrə TGT sədr əvəzedicisi vəzifəsini yerinə yetirib. Daha sonra isə ADPU TGT-nin sədr müavini vəzifəsində fəaliyyət göstərib.   
2022-2023-cü illərdə ADPU TGT-də göstərdiyi uğurlu fəaliyyətinə görə diplomla, 2023-cü il ərzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəaliyyətinə verdiyi töhfəyə görə "İlin TGT fəalı" adı ilə, universitetin sosial-ictimai həyatında fəal iştirakına görə isə "Fəxri Fərman"la təltif olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search