Bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) sədrliyinə keçirilən seçkilərdə Səidə Abulova təşkilata yeni sədr seçilib.
Səidə Abulova 8 iyun 2004-cü ildə İsmayıllı rayonunda doğulub. 2021-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasına qəbul olunub. 2022-ci ildən təhsilini SABAH qruplarında davam etdirir. Hazırda III tədris ilinin tələbəsidir.
İlk dəfə I kursda oxuyarkən ADPU Könüllüləri Təşkilatında menecer kimi ictimai fəaliyyətə başlayan Səidə qısa müddətdə aktiv fəaliyyəti ilə fərqlənərək təşkilatda fakültə rəhbərinin müavini vəzifəsini tutub.
2022-ci ildən ADPU Təhsil Könüllüləri Tələbə Birliyində mətbuat katibi, 2023-cü ildən isə təşkilatın sədr köməkçisi vəzifəsində fəaliyyət göstərib.
2024-cü ilin 24 mayında keçirilən Hesebat-seçki yığıncağında ADPU TKTB-yə yeni sədr seçilib.
Xatırladaq ki, təşkilatın bundan əvvəlki 4 sədrindən 3-ü də xanım tələbələr olub.