Previous Next

Qaliblərimizi tanıyaq!

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin qalibi Nəzrin Baba qızı Aslanlı Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə ümumi orta, Laçın rayonu S.Allahyarov adına tam orta məktəbdə tam orta təhsil alıb. Hər iki məktəbi yüksək nailiyyətlərlə bitirib.
Məktəb illərində bir neçə müsabiqə və yarışlarda uğur qazanıb. 2011-ci ildə “Mənim Dilim” şeir müsabiqəsində I yer tutub.
2020-ci ildə Pedaqoji Universitetə daxil olub. Hazırda Filologiya fakültəsinin IV tədris ili tələbəsidir. Universitetdə təhsil aldığı müddətdə ictimai həyatda fəal iştirak etməklə yanaşı imtahanlarda yüksək nailiyyətlər əldə edib. Müxtəlif illərdə Tələbə Elmi Cəmiyyətinin konfranslarında iştirak edib. 2022-ci ildə “Azərbaycan dilində omonimlər” məqaləsi II yerə, 2023-cü ildə isə “Heydər Baba Azərbaycan Günəşi” məqaləsi I yerə laiq görülüb. Fakültənin “Filoloq” qəzetində müxtəlif mövzularda məqalələri işıq üzü görüb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search