Previous Next

Xüsusi mükafatçıları tanıyaq!

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin xüsusi mükafatçısı Bənövşə Xəyyam qızı Dursunəliyeva Şamaxı şəhər M.Veyisov adına 6 saylı tam orta məktəbi xüsusi təşəkkürnamə ilə bitirib. 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunub. 2022-ci ildən təhsilini ADPU-nun SABAH qruplarında davam etdirir. Hazırda III tədris ili tələbəsidir. Əlaçı tələbədir. 2023-cü ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində iki aylıq könüllülük fəaliyyəti çərçivəsində vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində fəal iştirak edib. 2023-cü ildə Görkəmli türkoloq, professor Bəkir Çobanzadənin 130 illik yubileyinə həsr olunmuş tələbə elmi konfransında fəal iştirak etmiş, “Bəkir Çobanzadənin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri” mövzusunda məqaləsi işıq üzü görmüşdür. “Bir Könüllü”  Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və ADPU SABAH qruplarının birgə təşkilatçılığı ilə keçirilən debat turnirində turnirin “Ən yaxşı 3-cü natiqi” olmuşdur. 2023-cü ildə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC) izləyici kimi iştirak edib. 2023-cü ildə “IELTS” sertifikatı əldə edib.
#ADPU #edu #eduaz #ElmvəTəhsilNazirliyi #GələcəkTəhsilLiderləri #xüsusimükafatçı #mənliderəm

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search