Previous Next

ADPU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: Qurtuluşdan Zəfərə

İyunun 13-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib. Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, şöbə, mərkəz və  kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluğu  ilə keçirilən tədbir  Ulu Öndər Heydər Əliyevin və ölkəmizin  suverenliyi, ərazi bütövlüyü uğrunda  şəhid olmuş həmvətənlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb,  ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş nitqi ilə çıxış edən ADPU-nun  rektoru professor Cəfər Cəfərov qeyd edib ki, 15 İyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu qurtuluşu mümkün edən əsas  amilsə müstəqilliyimizin qorunub saxlanmasında və möhkəmlənməsində  müstəsna xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti və titanik fəaliyyətidir. Heç şübhəsiz, son 30 ildə bütün sahələrdə qazanılan uğurların təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu kursu yeni şəraitdə yüksək səviyyədə davam etdirməsi kimi mühüm  faktorlar  dayanır. Natiq bildirib ki, Ulu Öndərin ən böyük arzularından biri işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi  idi.  44 günlük Vətən müharibəsdindəki möhtəşəm qələbə, 24 saatdan  az çəkən antiterror əməliyyatı,  bu ilin mayında Qazax rayonunun işğal altındakı  4 kəndinin  bir güllə belə atılmadan geri  qaytarılması Heydər Əliyevin ən böyük arzusunu tam reallığa çevirərək, Azərbaycanın çoxəsrlik tarixində misli görünməmiş hadisələr oldu. 
Giriş nitqindən sonra tədbir iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər, ardınca ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekan müavini, f.ü.f.d Paşa Quluzadə “Heydər Əliyev düşüncəsində azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə ilə çıxış edib. 
Ekranda ADPU tələbələri tərəfindən Ulu Öndərə itfahən hazırlanmış videoçarxın nümayişindən sonra Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi, ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri İlkin Əsgərovun “Azərbaycan dili və ədəbiyyatının inkişafı məsələləri Ulu Öndərin diqqət mərkəzində” mövzusundakı məruzəsi dinlənilib.
“Meh” ədəbi dərnəyinin üzvü, ADPU-nun Kimya və biologiya fakültəsinin tələbəsi Şəbnəm Həmidovanın ifasında Xalq şairi Zəlimxan Yaqubun “Sənin adın gələndə”  şeirinin səsləndirilməsindən sonra Pedaqoji Universitetin tələbələri adından söz alan ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin sədri Səidə Abulova “Heydər Əliyev müstəqil Azərbaycanda gənclər siyasətinin banisidir” mövzusunda çıxış edib.
Tədbir müğənni Almaz Ələsgərlinin ifasında “Ulu Öndər” mahnısının ekranda nümayişi ilə yekunlaşıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search