IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə baş tutan aksiya 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunub.
Şüvəlan qəsəbəsindəki ictimai çimərlikdə təşkil olunmuş təmizlik aksiyasında 200 könüllü gəncin və Milli Olimpiya Komitəsinin atletlərinin iştirakı ilə 2 tona yaxın tullantı toplanılaraq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Aksiyada Pedaqoji Universitetin tələbə təşkilatlarının 30-a yaxın ictimai fəal gənci də iştirak edib.