Previous Next

Xüsusi mükafatçıları tanıyaq!

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin xüsusi mükafatçısı Elza Ramazan qızı Nəsibova Suraxanı rayonu 281 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbdə bir çox tədbirlərdə iştirak edib, Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada uğurlu nəticələr əldə edib.
2020-ci ildə Pedaqoji Universitetin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunub. I tədris ilinin II semestrindən təhsilini SABAH qruplarında davam etdirir.
Təhsil aldığı ilk vaxtlardan universitetin ictimai təşkilatlarına üzv olub, tədbir və layihələrin həyata keçməsində təşkilatçı olub. ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin “Şagirdə tələbə dəstəyi” layihəsi çərçivəsində onlayn şəkildə şagirdlərə Azərbaycan dili və ədəbiyyat dərsləri tədris edib.
II tədris ilindən ADPU Könüllüləri Təşkilatının SABAH qrupları üzrə rəhbəri, eyni zamanda SABAH Könüllüləri Təşkilatında ADPU SABAH Könüllülərinin rəhbəri vəzifələrini icra edib. SABAH qruplarına qəbulun müsahibə mərhələsində, məzun gününün rəsmi hissəsində, SABAH İT və digər ixtisaslara aid olimpiadalarda və yarışlarında könüllülərə rəhbərlik edib. Daha sonra fəaliyyətinə ADPU Təhsil Könüllüləri Tələbə Birliyində İnsan resursları şöbəsinin rəhbəri vəzifəsində davam edib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən mənəvi-kütləvi tədbirlərdə fəal iştirak etmiş və Fəxri Fərmanla təltif edilmişdir. Bir Könüllü Təşkilatının “EDUCAMP” düşərgəsində iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search