Previous Next

ADPU-da Heydər Əliyevin 101 illiyi münasibəti ilə keçirilən olimpiada və müsabiqə qalibləri mükafatlandırılıb

İyunun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə universitet tələbələri arasında keçirilən olimpiadalar və müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Pedaqoji Universitetin rəhbərliyi, müvafiq struktur bölmələrin rəhbərləri və müvəffəqiyyət qazanan tələbələr iştirak ediblər.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov olimpiadalar və müsabiqədə iştirak edərək uğur qazanan tələbələri təbrik edib, tələbələr arasında elmi tədqiqatçılıq bacarıqlarının təşviq olunmasının, stimullaşdırıcı tədbirlərin önəmini qeyd edib.
Çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru proqfessor Asəf Zamnov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə universitet tələbələri arasında keçirilən riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili, azərbaycn ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və ingilis dilindən olimpiadalar və təsviri incəsənətdən müsabiqənin fakültə mərhələsində uğur qazanan 100 nəfərdək tələbə may ayının 16-da II mərhələ üzrə imtahanlarda iştirak edib və nəticələrə əsasən hər bir sahə üzrə I, II və III yer tutan tələbələr müəyyənləşdirilib.
Elmi-təşkilati şöbənin müdiri professor İbrahim Bayramov olimpidalar və müsabiqəyə böyük marağın olduğunu, müvafiq yerləri tutan tələbələrə diplomlarla yanaşı pul mükafatının da təqdim olunacağını diqqətə çatdırıb.
Daha sonra uğur qazanan tələbələrə müvafiq dərəcəli diplomlar və mükafat təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search