Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə II tədris ilinin magistrantı Haqverdiyev Samir Mikayıl oğlu dənizdə boğularaq dünyasını dəyişib.
Pedaqoji Universitetin rəhbərliyi, müəllim və tələbə heyəti adından mərhum magistrantımızın ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!