Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyi (ADPU TKTB) tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” və 2024-cü ilin sonunda ölkəmizdə keçiriləcək COP-29 tədbirinə həsr olunmuş “Xəzinədir, tullantı deyil!” adlı layihə keçirilib.
Layihə çərçivəsində tələbələr açıq hava altında lazımsız hesab edilən tullantılardan müxtəlif əl işləri hazırlayıblar. Eyni zamanda asudə vaxtlarını səmərəli keçirərək, musiqi müşayiəti ilə yaradıcılıq qabiliyyətlərini sərgiləyiblər.
Layihə ətraf mühitə hörmətlə yanaşmaq, təbiətə olan qayğının artırılması, yaradıcı potensialı artırmaq və tələbə birliyi üzvləri arasında həmrəyliyi dəstəkləmək məqsədilə həyata keçirilib