Previous Next

ADPU-nun Fizika fakültəsində eksperimental qrupun Məzun Günü keçirilib

İyunun 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində eksperimental qrupun Məzun Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, dekan müavinləri dosent Xankişi Məmmədov və dosent Xatirə Adgözəlova, eləcə də Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Sevinc Cəlilova və fakültənin professor-müəllim heyəti iştirak edib. 
Tədbiri giriş sözü ilə açan rektor prof. Cəfər Cəfərov iştirakçıları salamlayaraq, məzunları bu xoş gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. ADPU-nun davamlı inkişafından və uğurlarından söz açan prof. C.Cəfərov qeyd edib ki, hər il universitetdə yüksək balla qəbul olunan tələbələrin sayında artım müşahidə olunur. ADPU-da pedaqoji kadr hazırlığı istiqamətində görülən işlər universitetin  nüfuzunu daha da artırır. 
Daha sonra çıxış edən Fizika fakültəsinin dekanı dos. Arzu Daşdəmirov fakültənin əldə etdiyi nailiyyətlər, eksperimental qruplarda tədrisin təşkili ilə bağlı geniş məlumat verib. Qeyd olunub ki, Fizika fakültəsinin məzunları magistraturaya qəbul və müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında yüksək nəticələr göstərirlər.
Sonra eksperimental qrupun tələbələrinə sertifikatlar təqdim edilib.  
Tədbirdə eksperimental qrupun məzunlarının hazırladıqları bədii hissə təqdim olunub, mahnılar səsləndirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search