Previous Next

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi ilin ilk 6 ayında 22 mindən çox müraciəti cavablandırıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ictimaiyyətlə əlaqələr sahəsində işin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən ADPU-nun rəsmi saytı, sosial media səhifələri və digər kommunikasiya kanalları vasitəsi ilə mütəmadi olaraq Pedaqoji Universitetdə baş verən yeniliklər aparıcı KİV-lər, telekanallar, habelə, elektorn və çap mediasında işıqlandırılır, ADPU-nun mətbu orqanı olan “Gənc müəllim” qəzeti çap və elektron qaydada dərc olunaraq yayımı həyata keçirilir.
Ötən dövrlərdə olduğu kimi 2024-cü ilin ilk 6 ayı ərzində də rəsmi informasiya yayımı ilə yanaşı, KİV, ictimaiyyət və tələbələrdən daxil olan minlərlə sual və sorğular operativ qaydada cavablandırılıb, zəruri hallarda müvafiq açıqlama və müsahibələr verilib, universitet əməkdaşları və tələbələrinin dövri mətbuatda və televiziyalarda ictimai müzakirələrdə iştirak etmələrinə dəstək göstərilib, “ADPU TV” yutub televiziyasında yeni veriliş və rubrikalar hazırlanaraq yayımlanıb. 
Onu da qeyd etmək lazımdır ki, Universitetin marketinq siyasətinin həyata keçirilməsində fərqlənən məsul şəxslər və tələbələr üçün mütəmadi olaraq rəğbətləndirmə tədbirləri həyata keçirilir. 
2024-cü ilin ilk 6 ayının yekunlarına əsasən şöbə tərəfindən Pedaqoji Universitetdə baş verən mühüm yeniliklər və tədbirlərlə bağlı yayımlanan 371 xəbər 2017 mənbədə işıqlandırılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq yayımlanan xəbər sayında təxminən 11% və xəbərlərin işıqlandırıldığı mənbə sayında isə 9,5% artım deməkdir.
Hesabat dövründə ADPU-nun sosial media hesablarının fəaliyyətinin analizinə əsasən son 6 ayda rəsmi “Instagram” səhifəsində 2 milyondan çox (ötən ilin analoji dövrünə nisbətən təxminən 20% artım), rəsmi “Facebook” səhifəsində 2 milyonadək (ötən ilin analoji dövrünə nisbətən təxminən 18% artım), rəsmi “Telegram” kanalında 1,8 milyona qədər (ötən ilin analoji dövrünə nisbətən təxminən 15% artım), ADPU TV rəsmi “Youtube” kanalında isə 170  mindən çox (ötən ilin analoji dövrünə nisbətən təxminən  9% artım) oxunma və baxış qeydə alınıb.
İlin ilk 6 ayında İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinə daxil olan vətəndaş müraciətlərinin sayında ötən ilin müvafiq dövrünə nisbətən təxminən 20% artım müşahidə olunub. Ümumilikdə bu dövr ərzində şöbə tərəfindən 22 mindən çox tələbə və vətəndaş müraciətinə baxılıb. 
Bütün bunlarla yanaşı, şöbə sosial korporativ məsuliyyət prinsiplərini əsas tutaraq ali təhsil müəssisələri arasında ilk dəfə olaraq tələbələrin inkişafına dəstək vermək və ADPU-nun gələcək kadr bankını formalaşdırmaq məqsədi ilə “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinə start verib. Cari ilin fevral-may aylarında keçirilən I müsabiqəyə tələbələr böyük maraq göstərmiş, müsabiqə uğurla yekunlaşaraq qalib olan 20 tələbə ADPU və sponsorlar tərəfindən mükafatlandırılıb, onlar üçün bir il ərzində davam edəcək mentorluq proqramının hazırlanmasına başlanılıb. 
Qeyd edək ki, müsabiqənin növbəti illərdə də müntəzəm olaraq keçirilməsi planlaşdırılır.
Ümumən qeyd etmək lazımdır ki, Pedaqoji Universitetin ictimaiyyətlə əlaqələrini daha da təkmilləşdirmək, əlçanlılıq və şəffaflığı, ictimai hesabatlılığı təmin etmək məqsədi ilə şöbə tərəfindən sistemli fəaliyyət icra olunur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search