Previous Next

1983-cü ilin məzunları ADPU-da görüşdülər

İyunun 28-də ADPU-nun Pedaqoji (indiki İbtidai təhsil) fakültəsinin 1983-cü il məzunlarının görüşü keçirilib. 
41 ildən sonra doğma universitetdə görüşən məzunlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla anmışlar.
Sonra rektor professor Cəfər Cəfərov tədbir iştirakçılarına universitetdə həyata keçirilən yeniliklər haqqında məlumat verib. 
H.Əliyev məktəbinin lektoriyasında universitetin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərovanın moderatorluğu ilə davam edən tədbirdə çıxış edən tədris  işləri üzrə prorektor dosent Eldar Aslanov 103 illik tarixi olan Pedaqoji Universitetin respublikamızda gənc nəslin təlim, təhsil və tərbiyəsindəki mühüm roluna diqqət çəkib. 
Çıxış edənlərdən Tədris departamentinin direktoru dos. Sənan Əliyev, İbtidai təhsil fakültəsinin dekanı prof. Qızxanım Qəhrəmanova, məzunlardan Hüseyn Hacıyev, Hacif Təhməzov, Mehriban Həsənova, Şahnaz İsmayılova da öz təəssüratlarını bölüşüblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search