Previous Next

ADPU və Biruni Universiteti arasında əməkdaşlığın detalları müzakirə olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Biruni Universitetinin nümayəndəsi ilə görüş keçirilib.
Biruni Universitetinin rektor müşaviri  dosent Burak Önal, ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmovanın iştirak etdiyi görüşdə Pedaqoji Universitet və Biruni Universiteti arasında gələcək əməkdaşlığın detalları müzakirə olunub. Eyni zamanda tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, konfrans və seminarların birgə təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Biruni Universitetinin nümayəndəsi dos. Burak Önal təmsil etdiyi universitet haqqında ətraflı məlumat verərək qurulacaq yeni əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün potensialın olduğunu bildirib. 
Yekunda qonaq universitetin tədris binası, yeni açılmış “Türk dili və ədəbiyyatı” ixtisasının tələbələri, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Türksoy kafedrası, Türkoloji Mərkəz, Heydər Əliyev Mərkəzi və Kitabxana-İnformasiya Mərkəzi ilə tanış olub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search