Previous Next

ADPU-nun Kitabxana-İnformasiya Mərkəzi mühüm maarifləndirmə və mədəni mərkəz rolunu oynayır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi 2024-cü ilin ilk altı ayında aktiv fəaliyyət göstərib. 
740.959 nüsxə ümumi fonda malik ölkəmizin ən böyük ikinci universitet kitabxanası olan ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin e-kataloqundakı kitabların sayı ilin ilk 6 ayında 13.810 adda 84.255 nüsxə kitaba çatdırılıb. Bunlardan 68.140 nüsxəsi latın qrafikası ilə Azərbaycan dilində, 1.826 nüsxəsi rus, 14.289 nüsxəsi isə digər xarici dillərdədir.
Belə ki, 2024-cü ilin birinci yarısında 9.646 nəfər oxucuya 22.146 nüsxə kitab verilişi həyata keçirilib, 14.514 nəfər istifadəçi  e-kitabxananın xidmətlərindən yararlanıb.
Eyni zamanda bu dövrdə 9.316 sorğu cavablandırılıb.
Qeyd edək ki, kitabxananın oxucularından 105 nəfəri universitetdənkənar oxucular olub. Oxuculardan 101 nəfəri fondda olan elmlər və fəlsəfə doktoru dissertasiyalarından, 57 nəfəri avtoreferatlardan istifadə, 275 nəfəri magistr dissertasiyalarından istifadə edib.
Həmçinin son 6 ay ərzində ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin fonduna 917 nüsxə yeni nəşrlər  daxil olub (725 nüsxə Azərbaycan dilində, 12 nüsxə rus dilində, 16 nüsxə digər xarici dillərdə, 13 nüsxə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyası, 44 nüsxə avtoreferat, 248 nüsxə proqram, 33 adda 78 nüsxə digər jurnallar olmaqla).
Bunıarla yanaşı Pedaqoji Universitetin Kitabxana-İnformasiya Mərkəzi müntəzəm olaraq mədəni-kütləvi tədbirlər icra edir, eləcə də mərkəz müxtəlif universitetdaxili və xarici önəmli tədbirlərin keçirildiyi cəlbedici məkan kimi diqqəti  cəlb edir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev- 101” adlı sərgi, M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş kitab sərgisi, 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş tədbir, ADMİU nəzdində Humanitar Kollecin “Kitabxana işi" ixtisasının tələbələrinin diplomqabağı təcrübəsinin təşkili, əlamətdar və tarixi günlərə dair 8 müxtəlif sərgi də bunlara misal ola bilər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search