Previous Next

ADPU-da doktoranturaya qəbul üzrə fəlsəfə imtahanına start verilib

Sentyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024-cü il  üçün fəlsəfə doktorluğu proqramı üzrə doktoranturaya qəbulun fəlsəfə fənni üzrə imtahanlarına start verilib.

İmtahan komisiyasının sədri, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov imtahan barədə məlumat verərək qeyd edib ki, Pedaqoji Universitetdə təşkil olunan imtahanlarda 2024-cü il üçün fəlsəfə doktorluğu proqramı üzrə doktoranturaya qəbul planına uyğun olaraq 15 müxtəlif elm və ali təhsil müəssəsindən 180 nəfərədək namizəd iştirak edəcək.

İmtahanların gedişini izləyən ADPU-nun rektoru, prof. Cəfər Cəfərov namizədlərə uğurlar arzulayıb, onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, Pedaqoji Universitet ölkə üzrə dokoranturaya qəbul üzrə fəlsəfə fənnindən qəbul imtahanlarının keçirildiyi 5 ali təhsil müəssisəsindən biridir.

İmtahanlarda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar, eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər iştirak edirlər.

İmtahanların 3 gün müddətində davam etməsi nəzərdə tutulub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search