Previous Next

Pedaqoji Universitetdə təhsil almaq istəyən əcnəbilərin müsahibəsi keçirilib

Sentyabrın 23-də 2024/2025-cii tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bakalavriat və magistratura səviyyələrində, həmçinin hazırlıq kurslarında təhsil almaq üçün portal.edu.az saytında qeydiyyatdan keçərək müraciət edən əcnəbi vətəndaşların müsahibəsi keçirilib.

ADPU-nun Müsahibə Komissiyasının iclasında Türkiyə, Rusiya, Gürcüstan və Pakistandan olan namizədlər iştirak ediblər. Komissiyanın sədri, rektor professor Cəfər Cəfərov, sədr müavini beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, üzvləri isə elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və Humaitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Magistratura və doktorantura şöbə­si­nin­ müdiri, s.e.f.d. Rəşad Sadıqov və Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Dürdanə Əliyevadır.

Müsahibə zamanı namizədlərə dil bilgiləri, dünyagörüşü, bitirdikləri ixtisaslar barədə suallar ünvanlanıb. Yekunda Komissiya üzvləri tərəfindən müsbət dəyərləndirilmiş əcnəbi namizədlərin universitetin bakalavriat və magistratura səviyyələri üzrə birinci tədris ilinə, həmçinin hazırlıq kurslarına qəbul olunmaları  haqqında qərar verilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search