Previous Next

ADPU-da e-universitetin tətbiqinin genişləndirilməsi ilə bağlı İşçi qrupun iclası keçirilib

Sentyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) elektron universitet sisteminin genişləndirilməsi ilə bağlı İşçi qrupun iclası keçirilib.

Görüşü giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov qeyd edib ki, Pedaqoji Universitet 2024/2025-ci tədris ilindən başlayaraq tədris prosesində effektivliyi artırmaq və daha yüksək keyfiyyət təmin etmək, eləcə də rəqəmsal transformasiya prosesini genişləndirmək məqsədilə elektron universitet sisteminin (e-universitet) tətbiqini genişləndirməyə başlayıb. Bu məqsədlə universitet tədrisin elektron idarə olunması üzrə yeni proqram təminatı əldə edib. Proqram təminatı tədris prosesinin idarə olunması, monitorinqi, sənədləşdirilməsi, hesabatlılığın təmin olunması, təhsil məzmununun çatdırılması və nəzarət vasitələrini özündə birləşdirir. E.Aslanov diqqətə çatdırıb ki, artıq bir çox fakültələrdə işlər yekunlaşmaq üzrədir, 700-dən artıq akademik qrupda elektron jurnallar hazırdır.

Daha sonra qarşıda duran məqsəd və tələblər qeyd olunub.

Elektron universitet sisteminin tətbiqinin genişləndirilməsi üzrə tərəfdaş şirkətin nümayəndəsi Lalə Quliyeva elektron sistemin üstünlükləri, funksiyaları, sistemin interfeysi, məlumatların daxil edilməsi və monitorinqi ilə bağlı təqdimatla çıxış edib. Ekspert bildirib ki, sistemin tətbiqinin genişləndirilməsi ilə bağlı fakültə nümayəndələri və tütorlara təlimlər keçilib və artıq bir çox fakültələrdə məlumatların idarə edilməsi elektron qaydada həyata keçirilməyə başlanılıb.

Qeyd edək ki, növbəti aylardan etibarən elektron sistemin əhatəsinin daha da genişləndirilməsi və elektronlaşmanın tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search