+994124930032    [email protected]   Abiturient

Previous Next

Təhsil naziri ADPU-CVU ikili diplom proqramının üzvlərini təltif edib

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Corc Vaşinqton Universitetinin (CVU) “Təhsil siyasəti və idarəetmə”  üzrə ikili diplom proqramına verdiyi töhfələrə görə ADPU-nun rektoru professor Cəfər Cəfərov, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin və ikili diplom proqramının CVU tərəfindən proqram direktoru Sevinc Məmmədova Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif ediliblər.

Dövlət proqramına əsasən xarici ali təhsil müəssisələri ilə imzalanan ikili diplom proqramlarının ilki məhz  ADPU və CVU arasında reallaşan proqramdır. Hazırda proqram üzrə iki kursda 50 nəfər tam ödənişsiz təhsil alırlar. Bu ildən etibarən proqrama qəbul planı 25 yerdən 40 yerə qaldırılıb. Proqramda dərslər ADPU və CVU-nun təcrübəli professor-müəllim heyəti tərəfindən ingilis dilində aparılır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyələşdirilən ikili diplom proqramı ADPU-da təhsil sahəsində beynəlxalq dərəcəli magistr idarəçilərin yetişdirilməsi məqsədi ilə icra olunur.

Qeyd edək ki, iyunun 13-də Bakı Konqres Mərkəzində ikili diplom magistr proqramının ilk buraxılışına həsr olunmuş məzun günü mərasimi keçirilib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Faydalı resurslar

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin