Previous Next

Pedaqoji Universitetdə gələcəyin psixoloqları üçün panel müzakirə keçirilib

Noyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Respublikası Gənclər Fondu, Gənclərin İnkişafı və Karyera Mərkəzi (GİKM) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT)  təşkilatçılığı ilə psixologiya sahəsində karyera qurmaq istəyən tələbə-gənclər üçün panel müzakirə keçirilib.

Gəncləri karyera hədəflərinə yaxınlaşdırmaq və psixologiya sahəsindəki imkanlarını kəşf etmək barədə məlumatlılıqlarının artırılması, karyera planlamasına dəstək göstərilməsi və gənclərin şəbəkələşməsini təmin etmək məqsədilə baş tutan görüşdə çıxış edən ADPU-nun Heydər Əliyev Mərkəzinin mütəxəssisi Tərlan Ağayev, GİKM-in aparıcı mütəxəssisi Surə Əliyeva, ATGTİ-nin üzvlərlə iş üzrə meneceri Aqil Quliyev iştirakçılara tədbir haqqında ümumi məlumat verib, bu kimi layihələrin gənclərin inkişafı üçün əhəmiyyətini vurğulayıblar.

Tədbirin gedişatında Mətanət Xəlilovun moderatorluğu ilə panel müzakirə təşkil olunub. Paneldə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Yeni dövr psixoloqu. Zəruri bacarıqlar və biliklər”, psixoloq, NLP master və təlimçi Elmir İsgəndərov “Sektordakı iş imkanları”, psixoloq Fidan Azərqızı “Universitet illərində və universitetdən sonra psixoloqun ilk 5 ildəki hədəfləri”, klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov isə“Psixoloq olmağın çətinlikləri” mövzularında çıxış edərək bu mövzularda vacib məsələləri tələbələrin diqqətinə çatdırıblar.

Görüş  gənclərin suallarının cavablandırılması ilə interaktiv müzakirə formatında davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search