Previous Next

ADPU-da keçirilən “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri bəlli olub

İyunun 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 27 Mart – Elm Günü münasibəti ilə elan olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qalibləri təbrik edərək, bildirib ki, gənc alimlərin stimullaşdırılması Pedaqoji Universitetin strateji inkişaf planında qarşıya qoyulan hədəflərə çatmaq üçün tətbiq olunan vasitələrdən biridir və bu tədbirlər gələcəkdə daha da böyük kontingenti əhatə edəcəkdir.

Universitetin elm və innovasiyalar üzrə prorektoru, müsabiqəni təşkil edən Elm komissiyasının sədri professor Asəf Zamanov isə öz növbəsində qeyd edib ki, müsabiqəyə ADPU və filiallardan ümumilikdə 13 gənc tədqiqatçı müraciət edib və onlar arasından humanitar elmlər və dəqiq və təbiət elmləri olmaq üzrə iki nominasiyada qaliblər seçilib. Humanitar elmlər üzrə I yerə İlkin Əsgərov və Sevinc Quliyeva, II yerə Taleh Cəfərov layiq görülüb, III yerə çıxan isə olmayıb. Dəqiq və təbiət elmlri nominasiyası üzrə isə birinci yeri tutan olmayıb. Nominasiya üzrə Gülnar Əlizadə II yerə, Ülkər Baxşıyeva isə III yerə layiq görülüblər.

Prorektor vurğulayıb ki, namizədlərin qiymətləndirilməsi tədqiqatçının çap olunan elmi əsərləri, habelə nüfuzlu elmi jurnallarda dərc olunan məqalələri, dissertasiya işinin müdafiə vaxtı, Respublika və beynəlxalq elmi konfranslarda iştirakı, habelə universitetin ictimai həyatında fəallığı və elmi-təşkilati fəaliyyəti kimi kriteriyalar əsasında aparılıb.

Müsabiqənin qaliblərinə pul mükafatı və müvafiq diplomlar təqdim olunub.

Qeyd edək ki, müsabiqə ötən təqvim ili ərzində fəal, səmərəli elmi fəaliyyət göstərərək yüksk elmi nəticələrə nail olmuş, nüfuzlu elmi jurnallarda dərc edilmiş elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər elmi əsərləri olan, eyni zamanda ADPU-nun və filiallarının ictimai-siyasi həyatında yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənən doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədi ilə keçirilir.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin