Previous Next

ADPU Quba filialın əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq konqresdə iştirak ediblər

20-21 iyun tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində 7-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresi (7th International EMI Entrepreneurship & Social Sciences Congress) keçirilib. Tədbir TEAM Universitetinin ev sahibliyi ilə hibrid formatda təşkil olunub. Sahibkarlar, alimlər, doktorantlar, incəsənət xadimləri, QHT, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən konqresin məqsədi insan, sosial və mədəni kapitalın inkişaf etdirilməsi məsələlərini müzakirə etməkdir.

Beynəlxalq konqresdə 30 ölkə üzrə 138 fərqli qurum və universitetdən 276 alim məruzələrini təqdim ediblər. Ölkəmizi beynəlxalq tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dosent Yusif Alıyev, filialın Ədəbiyyat və Dillər kafedrasının baş müəllimi, gənc alim Sərxan Cəfərov, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri dosent Zaur İmrani və Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Milana Abbasova təmsil ediblər.

Qeyd edək ki, Pedaqoji Universitetin Quba filialı tədbirin əsas tərəfdaşlarından biridir.

Konqresin plenar iclasında məruzə ilə çıxış edən ADPU-nun Quba filialının direktoru dos.Y.Alıyev tədbirin önəmindən və türk dünyası ilə mədəni və iqtisadi əlaqələrin qurulmasına yardımçı olacağından danışaraq əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb.

Sonra konqresin təşkilatçılarına və TEAM universitetinin həmtəsisçilərinə nümayəndə heyəti adından hədiyyələr təqdim edilib.

Beynəlxalq tədbir işini bölmələr üzrə ADPU Quba filialının əməkdaşı Sərxan Cəfərovun moderatorluğu ilə davam etdirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search