Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Previous Next

ADPU ilə TİKA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (“Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı” (TİKA)) Bakı proqram kordinatoru Fatih Yılmaz və TİKA Bakı proqram kordinasiya ofisinin assistenti Elmir Laçınov ilə görüş keçirilmişdir.

Görüşdə ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Nurəngiz Mahmudova və Rufanə Əhmədova təmsil ediblər.

Görüşün əvvəlində ADPU-nun rektoru prof. C.Cəfərov qonaqları salamlayaraq ADPU-nun tarixi, fakültələri, filialları, universitetin 100 illik fəaliyyəti, Türkiyə Universitetləri ilə olan əlaqələri və Gazi Universiteti ilə həyata keçirəcəyi ikili diplom proqramı haqqında qısa məlumat verib.

Görüş zamanı TİKA-nın dəstəyi ilə Türkiyə universitetləri və ADPU arasında ikili diplom, Türkoloji Mərkəzin yaradılması ilə bağlı məsələlər müzakirə edildi.

Görüşün sonunda F.Yılmaz və E.Laçınov ADPU-nun “Türk Araşdırmaları” Elmi Tədqiqat Mərkəzini ziyarət etdilər və universitetlə tanış oldular

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin