Previous Next

ADPU-nun filiallarında “Ümumtəhsil müəssisələrində STEAM fənninin təkmilləşdirilməsi” istiqaməti üzrə təlimlar keçirilib

21-22 iyun tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki və Cəlilabad filiallarında  Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADPU və ADPU STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiqi” adlı qrant layihəsi çərçivəsində “Ümumtəhsil müəssisələrində STEAM fənninin təkmilləşdirilməsi” istiqaməti üzrə təlimlər keçirilib.

Təlimləri ADPU-nun STEAM Mərkəzinin əməkdaşları dos. Sevinc Cəlilova, dos. Qalib Şərifov, b/m. Gülşən Musayeva, Cavid Tapdıqlı, Lalə Mansurova, Aysel Fərəcova və Xumarə Qəhrəmanlı aparıb.

Təlimlər iki gün ərzində nəzəri və praktik modullar üzrə təşkil olunub. Təlimlərdə Şəki filialı üzrə 31, Cəlilabad filialı üzrə 21 nəfər orta məktəb müəllimləri, ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, fənn müəllimləriiştir ak ediblər.

Ümumtəhsil müəssisələrində STEAM fənninin təkmilləşdirilməsi istiqaməti üzrə  keçirilən təlimdə STEAM fənninin pedaqoji və metodoloji aspektləri, müxtəlif STEAM metodologiyaları, STEAM fənni üzrə 5E və 7E dərs modelləri, STEAM fənni üzrə qiymətləndirmə meyarları, 3D modelləşdirmə və dizayn proqramları, 3D printer və 3D qələmdən istifadə texnologiyası, mikrobit vasitəsilə layihələrin hazırlanması  haqqında geniş məlumat verilib. Təlim iştirakçıları praktik olaraq 3D qələmdən, 3D printerdən və mikrobitdən istifadə ilə bağlı bilik və bacarıqlara yiyələniblər. Təlimin gedişatında iştirakçıların sualları cavablandırılıb, irad və təklifləri dinlənilib.

Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search