Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi və Avropa Azərbaycan Məktəbinin (AAM) əməkdaşlığı çərçivəsində təşkil olunan tələbələr üçün “Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat (IB) proqramı” mövzusunda təlimlər davam edir. 6 ay müddətində davam edəcək təlimlər ADPU-nun IV tədris ilinin tələbələri və magistrantlar üçün nəzərdə tutulub. Təlimlər AAM-in direktoru Françesko Bankini tərəfindən əyani formada keçirilir.
Qeyd edək ki, IB təlimlərinin əsas məqsədi IB kurikulumunun əsas tələb və meyarları əsasında peşəkar müəllim profilini inkişaf etdirməkdir. Təlim proqramının digər məqsədi tədris prosesinin təşkili zamanı IB kurrikulumunun tətbiqi, bu zaman istifadə olunan metod və alətlər, öyrətmənin effektivliyini artıran strategiyalar və bu strategiyalar vasitəsilə keyfiyyətli tədris mühitinin yaradılması yollarını gələcək müəllimlərə öyrətməkdir.
Ümumilikdə, 40 nəfərədək tələbənin qoşulduğu təlimləri uğurla tamamlayan iştirakçılara sertifikat təqdim ediləcək.