Previous Next

ADPU-da süd vəzi xərçəngi ilə mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib

Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  “Regional İnkişaf” İctimai Birliyi və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib. 

Universitetdə çalışan qadın əməkdaşlar və xanım tələbələrin iştirak etdiyi görüşdə “Leyla Medical Center”in cərrah mama-ginekoloqu, mütəxəssis Elnurə Salmanova və Referans Estetik Cərrahiyyə Mərkəzinin süd vəzisi üzrə onkoplastik və rekonstruktiv cərrahı, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova süd vəzi xəçəngi, onun əlamətləri, risk faktorları, erkən diaqnostikası üçün vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınmasında müasir müalicə metodları, sağlam həyat tərzinin əhəmiyyəti və digər mövzularda iştirakçılara ətraflı məlumat veriblər. Qeyd edilib ki, son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də süd vəzi xərçənginə tutulma halları artmaqdadır. Qadınlarda həyat itkisinə səbəb olan süd vəzi xərçənginin qarşısının alınmasında erkən diaqnoz və maarifləndirmə olduqca əhəmiyyətlidir.

Tədbir çərçivəsində, həmçinin iştirakçılara ödənişsiz müayinələrdən keçmək üçün kartlar təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search