Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Previous Next

Pedaqoji Universitetdə narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici seminar keçirilib

İyunun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə tələbələr üçün narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici seminar keçirilib.

Zoom platformasında baş tutan onlayn seminarda universitetin 40 nəfərə yaxın tələbəsi iştirak edib.

Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli çıxış edərək bildirib ki, ADPU-da gənclərin zərərli vərdişlərdən qorunması üçün bu yöndə davamlı maarifləndirmə tədbirlərinin keçirildiyini vurğulayıb.

Seminarda Bakı şəhəri, Səbail rayonu 29 saylı şəhər poliklinikasının (ADPU-nun tələbə poliklinikası) baş həkimi Şəfəq Teymurova və "Həyat Naminə" Reabilitasiya Mərkəzinin müdir müavini Zaur Əliyev narkomaniyanın fəsadları, ondan qorunma yolları haqqında ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin