Yanvarın 27-də Hədəf STEAM liseyinin Abşeron filialında “Hədəfdə STEAM-7” təlim-treninqinə start verilib.
Təlim - treninqdə STEAM metodunun müasir dövrün tələblərinə uyğun tətbiqi, XXI əsrin bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulan yerli və beynəlxalq təcrübələr, innovativ yanaşmalar və praktik dərslər müzakirə olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin dekanı, ADPU STEAM Mərkəzinin müdiri dosent Arzu Daşdəmirov təlim-treninqdə “STEAM metodunun orta məktəb kurikulumlarına inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə təhsil sistemində elmi, texnoloji, mühəndislik, sənət və riyaziyyat sahələrinin birləşdirilməsinin önəmi vurğulanıb, analitik düşünmə, yaradıcı problemləri həll etmə və komanda şəklində işləmə bacarıqlarının inkişafında praktik əhməmiyyəti qeyd edilib.