Previous Next

ADPU-da keçirilən “Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin məzunları təltif edilib

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Alqoritmika” şirkətinin birgə əməkdaşlığı çərçivəsində ADPU tələbələri üçün həyata keçirilən “Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, ADPU-nun rektoru professor Cəfər Cəfərov, " Alqoritmika" şirkətinin nümayəndəsi Qəmər Məmmədova, digər qonaqlar, universitetin professor-müəllim heyəti və layihəyə qatılan tələbələr iştirak ediblər.
Qonaqları salamlayan rektor prof. C.Cəfərov qeyd edib ki, dövrün çağırışlarına adekvat olaraq ADPU-nun xüsusilə Riyaziyyat fakültəsinin kompüter elmləri sahəsində fəaliyyəti mövcud bazar iqtisadiyyatına və tələblərinə uyğunlaşdırılır.
Təhsil Nazirliyinin təşəbbüsü ilə "Alqoritmika" İT kurslarının keçirdiyi “CODE FOR FUTURE” təhsil layihəsinin də belə addımlardan olduğunu vurğulayan rektor bildirib ki, 2021-2022-ci tədris ilində Riyaziyyat-İnformatika müəllimliyi və İnformatika müəllimliyi ixtisası üçün ilk dəfə məhz Pedaqoji Universitetdə keçirilən təhsil layihəsində160 nəfər tələbə iştirak edib.Tələbələrin rəqamsal bacarıqların daha dərindən mənimsənilməsi üçün universitetdə ən son kompüterlər ilə təchiz olunmuş 5 yeni laboratoriya qurulmuşdur.
Cari ilin15 fevral-31 may tarixləri aralığında davam edən layihə fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanaraq təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.
Prof. C.Cəfərov deyib ki, layihənin uğurunu nəzərə alaraq, onun ADPU-nun filiallarında da keçirilməsi, həmçinin layihənin məzmununun Universitetin tədris planına daxil edilməsu və yaxın gələcəkdə Pedaqoji Universitetinin müəllimləri üçün də peşakarlığın artırılması təlimlərinin təşkili nəzərdə tutulur. Bu addımların məzunlarımıza əmək bazarında və elmdə daha yüksək nailiyyətlər qazandıracağına əminik.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev layihədən məzun olan tələbələri təbrik edərək, rəqəmsal bacarıqların müasir dünyadakı roluna diqqət çəkib.
Nazir ADPU-nun ölkəmizin ixtisaslaşmış əsas müəllim hazırlığı mərkəzi olduğunu və buna görə də məhz Dövlət Pedaqoji Universitetində bu cür ən yeni yanaşmaların tətbiqi, yeni nəsil müəllim kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin strateji önəmini vurğulayıb.
"Alqoritmika" şirkətinin nümayəndəsi Qəmər Məmmədova da öz növbəsində layihə haqqında daha ətraflı məlumat verərək Təhsil Nazirliyi ilə birgə tələbə və şagirdlərdə rəqəmsal bacarıqların təşviqi istiqamətində layihələri davamlı icra edəcəklərini bildirib.
Layihənin gedişi haqqında qısa videoçarxın nümayişindən sonra təlimlərin yekunun nəticələrinə görə ən yüksək nailiyyət göstərmiş üç tələbə, - Pərvanə Bayramova, Xəyal Əlili və Validə Cəfərlinin təqdimatları keçirilib.
Sonda layihədən məzun olan tələbələrə sertifikatlar təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search