Previous Next

Gənc tarixçilər Heydər Əliyev irsini öyrənir

Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev dərsləri”nin sayca 33-cü məşğələsi baş tutub. 
Budəfəki dərsdə ADPU-nun Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə təhsil alan 2 qrupu iştirak edib. Əvvəlcə mərkəzin müdir müavini Murad Cabbarlı iştirakçılara Ulu Öndərin çoxşaxəli fəaliyyəti və misilsiz xidmətləri, Azərbaycan tarixindəki müstəsna yeri və rolu haqqında məlumat verib. 
Sonra müxtəlif dövlətlərin rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri fikirlərdən ibarət slayd nümayiş olunub. 
Tədbirin növbəti hissəsində tələbələr mərkəzin mütəxəssisi Tərlan Ağayevin müşayiəti ilə mərkəzdə nümayiş olunan eksponatlarla tanış olublar. Ekskursiyanın gedişində qeyd olunub ki, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 181 adda  kitab, 169 foto, 13 arxiv sənədinin surəti, 12 ədəd suvenir və digər eksponatlar toplanıb. 
Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi irsinə həsr olunmuş sənədli filmin izlənilməsindən sonra tələbələrlə mövzu ətrafında  qarşılıqlı  sual-cavab və diskussiya aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search