Previous Next

ADPU-nun prorektorları “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşaya səfər ediblər

“Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları və digər səlahiyyətləri nümayəndələri, eləcə də Magna Charta Müşahidə Şurasının, Macarıstan Rektorlar Konfransının nümayəndələri Polşaya bir həftəlik səfər ediblər.

Səfər proqramı çərçivəsində ilk görüş Varşava İqtisadiyyat Məktəbində keçirilib.

Tədbirin açılış hissəsində Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Wachowiak universitet haqqında geniş təqdimatla çıxış edib. Rektor Piotr Wachowiak Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydaları və prezidenti olduğu Varşava Ali Təhsil Müəssisələrinin Rektorlar Konfransı barəsində məlumat verib.

Polşa Rektorlar Konfransının prezidenti Arkadiusz Mezyk Azərbaycan nümayəndə heyətini salamlayaraq qurulan əməkdaşlığın hər iki tərəfə faydalı olacağını qeyd edib və konfransın yaradılması ilə bağlı əldə etdikləri təcrübəni bölüşüb.

Daha sonra Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbirdə iştirak etmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Polşaya səfər ediblər.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin