Previous Next

Pedaqoji Universitetdə İğdır Universitetinin müəlliminin ustad dərsi keçirilib

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzinin və İncəsənət və fiziki tərbiyə fakültəsinin Musiqi və onun tədrisi texnologiyası kafedrasının birgə təşkilatçılığı ilə 15-16 aprel tarixlərində “Ustad dərsi” layihəsi çərçivəsində iki gün ərzində Türkiyənin İğdır Universitetinin İncəsənət fakültəsinin müəllimi Amina Tabarunun “Vokal” fənni üzrə “Ustad dərs”ləri keçirilib.

Görüşün ilk günündə kafedranın baş müəllimləri Xanım Yarıyeva,  Rəfiqə Kərimova və Aygün Abaszadənin vokal sinfində  təhsil alan II tədris ilinin tələbələri ilə İğdır Universitetinin müəllimi Amina Tabarunun “Ustad dərs”i keçirilib.

Dərs zamanı vokal ifaçılıq sənətinin dərinliklərindən, bu sənətə düzgün yiyələnə bilmə üsulları və texniki bacarıqların əmələ gəlməsindən danışılıb. Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Laçın Həsənova çıxış edərək bu formatda görüşlərin hər iki universitet üçün faydalı olduğunu, müəllimlər arasında fikir və təcrübə mübadiləsinin genişləndirilməsi və təhsildə keyfiyyətin artırılmasına müsbət təsirinin olduğunu bildirib.

İğdır Universitetinin müəllimi Amina Tabaruna dərsdə iştirak edən İncəsənət və fiziki tərbiyə fakültəsinin rəhbərliyinə və dekan müavini Jalə Təhməzovaya təşəkkürünü bildirib.

Görüşün ikinci günü hər iki universitetin birgə hazırladığı konsert proqramı keçirilib. Konsertdə Tofiq Quliyevin və Rauf Hacıyevin mahnıları səsləndirilib. Fortepianoda onları kafedranın baş müəllimi Gülarə Aslanova və Gülnaz Atakışızadə müşaiət edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search