Previous Next

Fizika fakültəsinin elmi şurasının iclası keçirilib

14 iyul 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Elmi Şurasının  genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan Fizika fakültəsi Elmi Şurasının sədri  dosent Arzu Daşdəmirov iclasın gündəliyinə daxil olan məsələləri diqqətə çatdırıb. İclasın gündəliyinə 2021/22-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının əsas nəticələri və qarşıda duran vəzifələr, 2022/23-ci tədris ilinin dərs yükü haqqında məlumat, cari məsələlərə ADPU-da 2021-ci il üçün fakültə, filiallar, kollec və sabah qruplarında aparılan institusional qiymətləndirmə haqqında, professor müəllim heyətinin akademik performansının qiymətləndirilməsi qaydaları daxil edilib. Dosent Arzu Daşdəmirov 2021/2022-ci tədris ilində yaz semestrində imtahan sessiyasının təşkili, mövcud problemlər və qiymətləndirmə, yekun dövlət attestasiyasının keçirilməsi, fakültənin  statistik göstəriciləri haqqında  geniş təqdimatla çıxış edib. Daha sonra Fizika fakültəsində təlim-tədris prosesinin kefiyyətinin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd olundu ki, Fizika fakültəsi göstəricilərinə görə  ADPU üzrə institusional qiymətləndirmədə ikinci yerdədir. Beynəlxalq elmi jurnallarda məqalələrin çap olunması faizinə görə  Fizika fakültəsi ADPU üzrə ilk yerdədir. Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dosent  Sevinc Cəlilova və Əməyin texnologiyası kafedrasının müdiri dosent Səadət Musayeva kafedralar üzrə ümumi dərs yükü və auditoriya saatlarının miqdarı haqqında ətraflı məlumat veriblər. Yekunda fakültə Elmi Şurasının sədri dosent Arzu Daşdəmirov professor müəllim heyətinin akademik performansının qiymətləndirilməsi qaydalarını diqqətə çatdırıb. Bununla da Fizika fakültəsinin  Elmi Şurasının genişləndirilmiş  iclası yekunlaşıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search