Previous Next

Riyaziyyat fakültəsinin elmi şurasının iclası keçirilmişdir

14 iyul 2022-ci il tarixində Riyaziyyat fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. Şuranın sədri dosent Araz Fərəcov çıxış edərək iclas iştirakçılarını salamladı. Sonra dosent Araz Fərəcov iclasın gündəliyində qeyd olunan məsələləri bir daha iclas iştirakçılarının nəzərinə çatdırdı. O əvvəlcə Universitet Elmi Şurasında qəbul olunmuş qərarları kollektivin nəzərinə çatdırdı. Araz Fərəcov 2021/2022 tədris ilinin yekunları və yaz imtahan sessiyasının nəticələri haqqında məlumat verdi. Fakültə də fəaliyyət göstərən ixtisas kafedralarının müdirləri professor Bəhrəm Əliyev, dosent Allahverdi Cəfərov və dosent Səadət Mazanova çıxış edərək kafedralardan illik hesabatları haqqında məlumat verdilər.
Yekunda dosent Araz Fərəcov yeni tədris ilində qarşıda duran ən mühüm vəzifələr haqqında məlumat verdi və müəllimlərə məzuniyyət müddətində xoş istirahət, gələcək elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzuladı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search