Previous Next

ADPU-nun Quba filialında Elmi-Tədqiqat Mərkəzinin növbəti təlimi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin (ETM) “ADPU-nun filiallarında tədqiqata əsaslanan yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi (Quba filialının nümunəsi əsasında)” layihəsi çərçivəsində “Təfəkkürə əsaslanan dərsin təşkili üzrə mentor hazırlığı” mövzusunda təlim keçirilib. Təlimi filialın direktoru professor Yusif Alıyev giriş sözü ilə açaraq mentorluq fəaliyyəti ilə bağlı danışıb və layihənin işinə uğurlar arzulayıb.

 Quba filialının fakültələri üzrə ümumilikdə 12 müəllimi mentor hazırlığına cəlb edilib. Təlimin keçirilməsində məqsəd iştirakçıların gələcək fəaliyyətlərində tətbiqetmə bacarıqlarının təkmilləşdirilməsinə dəstək olmalaq üçün seçilmiş mentor müəllimlərin hazırlığı prosesinin həyata keçirilməsi olub.

Təlimdə ETM-in Tətbiqi Tədqiqatlar bölməsinin müdiri, dosent Gülşən Novruzovanın mentorluğu ilə mentorluq fəaliyyətinin metodologiyası, təlim nəticələrinin müəyyən olunmasında taksonomiyalarında rolu, təfəkkürün növlərini əks etdirən məzmuna malik dərsin hazırlanmasında tədqiqata əsaslanan praktik tapşırıqlar və qiymətləndirmə yerinə yetirilərək təqdimatlar, müzakirələr, təhlillər həyata keçirilib. Təlim zamanı ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müəllim-mentoru Günel Məmmədova fəallaşdırma fəaliyyətini əks etdirən nümunələr həyata keçirib. Təlimdə, həmçinin ETM-in əməkdaşı elmi işçi, p.ü.f.d. Gülşən Mehdizadə iştirak edib

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search