"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:
Abid Ramil oğlu Qurbanov. Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. Orta təhsilini 2007-2018-ci illərdə Şürük kənd tam orta məktəbində alıb. 2018-ci ildə qəbul imtahanında 501 bal yığaraq Lənkəran Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasına qəbul olunub. Bakalvr təhsilini bitirdikdən sonra 2023-cü ildə magistraturaya qəbul imtahanlarında 74 bal toplayaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin SABAH magistraturasının Təlim və tədrisin təşkili və metodikası ixtisasına qəbul olunub. Hazırda II tədris ili magistrantıdır. 2023-2024cü illərdə "Relax and SPA” oteldə xəzinədar olaraq çalışıb. 2024-cü ildən "Veysəloğlu" şirkətlər qrupunda kateqoriya nümayəndəsi olaraq fəaliyyət göstərir.
#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan