Previous Next

"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın – Aynur Mirzəlizadə

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Aynur Mehrac qızı Mirzəlizadə  Bakı şəhər  Xətai rayonu 249 nömrəli tam orta məktəbin 2022-ci il məzunudur. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisasına qəbul olunub. Hal-hazırda bu ixtisas üzrə 3-cü kurs tələbəsidir. İngilis dili üzrə B2 səviyyəsini təstiqləyən General English sertifikatına sahibdir. 2022-ci ilin noyabr ayından etibarən ADPU Təhsil Könüllüləri Tələbə Birliyində fəaliyyət göstərir. İlk olaraq  təşkilatın fakültə üzrə rəhbər müavini, daha sonra fakültə üzrə rəhbəri və icraçı direktor vəzifələrini icra edib. Hazırda Təhsil Könüllüləri Tələbə Birliyinin sədr müavinidir. 2024-cü ildə ADA Space Clubda qrafik dizayn üzrə təcrübəçi kimi fəaliyyət göstərib. Eyni zamanda, 2024-cü ildən etibarən “Ümidli Gələcək” STİB-də könüllü olaraq çalışıb. 2 Fevral – Gənclər Günü münasibətilə universitetin ictimai həyatında fəal iştirakına görə ADPU-nun rektoru prof. Cəfər Cəfərov tərəfindən Fəxri Fərmanla təltif edilib.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search