"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:
Səbinə Asif qızı Müftəliyeva, Şəki rayonunun Daşüz kənd tam orta məktəbin 2023-cü il məzunudur. 2019-cu ildə keçirilmiş “Səs Uşaqlar” layihəsinin iştirakçısı olub. Bundan əlavə, məktəb dövründə natiqlik kursunu bitirib , bilik yarışları və fənn olimpiadalarında uğurla iştirak edib. Rayon üzrə məktəb şagirdləri arasında göstərdiyi fəallığa görə “Ulu Zirvə” qəzeti tərəfindən “İlin ən yaxşı şagirdi” adına layiq görülərək fəxri fərmanla təltif olunub. Akademik göstəricilərim və sosial fəaliyyətimə görə də müxtəlif təltiflərlə mükafatlandırılıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsində II yerə, Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsində və Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş şeir müsabiqəsində isə I yerə layiq görülüb.
2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinə qəbul olunub. 2024-cü ildən etibarən təhsilini SABAH qruplarında Məktəbəqədər təhsil ixtisası üzrə davam etdirir. Hazırda ADPU-nun Tələbə Gənclər Təşkilatının SABAH qrupları nümayəndəliyində fəal üzv olaraq aktiv fəaliyyət göstərir. “Gələcək təhsil liderləri” layihəsinin I mövsümünün yarımfinalçısı olub.
#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan