"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:
Nuranə Elnur qızı Əhmədova Kürdəmir rayonu Şilyan kənd Zahid Əhmədov adına tam orta məktəbin 2020-ci il məzunudur. Elə həmin ildə keçirilən qəbul imtahanında uğurlu nəticə göstərərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. 2021-ci ildən etibarən təhsilini SABAH qruplarında davam etdirir. Hazırda sonuncu kurs tələbəsidir. ADPU Tələbə Gənclər Təşkilatı, SABAH Könüllüləri təşkilatı və BİR Könüllü təşkilatının fəaliyyətində aktiv şəkildə iştirak edib. Universitet daxilində təşkil edilən tədbirlər çərçivəsidə bir neçə tamaşada rol alıb. 2022-2023-cü illərdə "EduSimbioz- Təhsil üçün öyrən və öyrət" layihəsi çərçivəsində Qaradağ rayon 166 nömrəli məktəbdə tələbə-mentor kimi fəaliyyət göstərib. 2025-ci ildən Dövlət İmtahan Mərkəzində könüllü olaraq fəaliyyət göstərir. "From Azerbaijan the world" Beynəlxalq riyaziyyat olimpiadaçıları konfransında iştiraka görə, “EduSimbioz” layihəsində uğurlu tələbə-mentor fəaliyyəti və DİM-də effektiv könüllü fəaliyyətə görə sertifikatla təltif edilib.
#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan