Previous Next

ADPU-da “TəhsilPlus” kartı ilə bağlı təqdimat və müzakirə görüşü keçirilib

İyunun 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müəllimlərin sosial rifahının və iqtisadi imkanlarının artırılmasına dəstək məqsədi ilə yaxın vaxtlarda istifadəyə veriləcək “TəhsilPlus” kartı ilə bağlı təqdimat xarakterli müzakirə görüşü təşkil olunub.  Görüşdə ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova, universitetin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, professor-müəllim heyəti və sturuktur nümayəndələri iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan professor Fikrət Rzayev vurğulayıb ki, son illər ərzində təhsil sahəsində dövlət dəstəyi yeni mərhələyə qədəm qoyub. Prorektor qeyd edib ki, Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən təşəbbüslər, o cümlədən “TəhsilPlus” kartı layihəsi, müəllimlərin sosial rifahının yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. F.Rzayev bildirib ki, bu kimi layihələr ölkə rəhbərliyinin təhsil işçilərinə olan qayğısının bariz nümunəsidir və universitet olaraq belə təşəbbüslərə hər zaman dəstək göstərilir.
Təhsilin İnkişafı Fondunun sədr müavini Xanım Daşdəmirova Fond tərəfindən icra olunan sosial-iqtisadi təşəbbüslər haqqında ətraflı məlumat verib. O, artıq tələbələr üçün istifadəyə verilmiş “TələbəPlus” kartının uğurlu nəticələrindən bəhs edərək, təhsil işçiləri üçün nəzərdə tutulan “TəhsilPlus” kartının da geniş spektrli üstünlüklər təqdim edəcəyini qeyd edib. X. Daşdəmirova bildirib ki, keçirilən bu cür müzakirə xarakterli görüşlər layihələrin daha da təkmilləşdirilməsi və hədəf auditoriyanın ehtiyaclarının daha düzgün müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıyır.
Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, kartın istifadəsi, funksionallığı və perspektivləri barədə suallar cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search